Hesabın və məlumatların silinməsi

İstifadəçi istənilən vaxt hesabının daimi olaraq silinməsini tələb edə bilər. Hesabın silinməsi üçün İstifadəçi tətbiqdə Profil → Tənzimləmələr→ Hesabı sil bölməsinə daxil olub əsas göstərərək hesabını silə bilər və ya support@bishir.app ünvanı vasitəsilə yazılı müraciət göndərə bilər.

Hesab silinməsi təsdiqləndikdən sonra

  1. 1. İstifadəçinin bütün şəxsi məlumatları, profil məlumatları və paylaşımları silinir və ya anonimləşdirilir;
  2. 2. Toplanmış biamondlar və bcornlar geri qaytarılmır;
  3. 3. Hesabın və məlumatların qalığı təhlükəsizlik, ödəniş əməliyyatlarının tamamlanması və qanunvericilik tələblərinə uyğun olaraq 30 (otuz) gün müddətində saxlanıla bilər. Bu müddət bitdikdən sonra bütün məlumatlar geri dönməz şəkildə silinir və ya anonimləşdirilir;
  4. 4. Hesab silinməsi geri qaytarıla bilməz.

Məlumatların endirilməsi

Tətbiqdə “məlumat endir” funksiyası mövcud deyil və hesab silindikdən sonra məlumatların təqdim edilməsi mümkün deyil. İstifadəçi hesabını silməzdən əvvəl öz paylaşdığı bütün məzmunu (foto, video və.s) manual yükləyib saxlamağa görə tam məsuliyyət daşıyır. Hesab silindikdən sonra məzmunun bərpası mümkün deyil.