bishir - yemək həvəskarları və kulinariya yaradıcıları üçün nəzərdə tutulmuş sosial platformadır. İstifadəçilər öz yemək paylaşımlarını edə, başqalarının paylaşımlarını izləyə, bəyəndikləri məzmunlara hədiyyə göndərə və qazanc əldə edə bilərlər.
Sənin mətbəxin, sənin qaydaların!
-
Paylaşmaq Asandır: Reseptlərini foto və ya video ilə paylaş.
-
Hədiyyə Sistemi: Bəyəndiyin yeməklərə hədiyyə göndər, qarşılığında hədiyyə qazan.
-
Milli Mətbəxlər: Fərqli ölkələrdən istifadəçilərlə tanış ol.
-
Populyarlıq Qazan: Etkileşimlərinlə kəşfətə çıx, tanın!
Ən ləzzətli reseptləri paylaş, başqalarının süfrəsinə ilham ver!
bishir aşpazların və kulinariya həvəskarlarının öz yaradıcılıqlarını sərbəst şəkildə paylaşdıqları Azərbaycanda yaradılmış və inkişaf edən innovativ bir sosial platformadır. Məqsədimiz hər kəsin öz mətbəx biliklərini və təcrübələrini asanlıqla paylaşa biləcəyi, yeni və orijinal dünya yemək reseptlərini kəşf edə biləcəyi, həmçinin sosial qarşılıqlı əlaqə və dəstək vasitəsilə bir-birilərini motivasiya etdiyi güclü bir cəmiyyət yaratmaqdır.
Platformamızın vasitəsi ilə istifadəçilər sevdikləri paylaşımlara rəqəmsal hədiyyələr göndərir və bu hədiyyələr paylaşımların müəlliflərinə real pula çevrilə bilən qazanc kimi geri qayıdır.
bishir ilə siz yalnız yemək paylaşmırsınız, həm də dünya miqyasında qida sevənlərin bir araya gəldiyi böyük bir icmanın, kulinariya ailəsinin parçası olursunuz.
FAQ - Tez-tez verilən suallar
-
-
Bir telefon nömrəsi ilə yalnız bir hesab aça bilərsiniz. Bu, istifadəçilər arasında ədalətli sistemi qorumaq üçündür.
-
Bəli, bir telefondan maksimum 5 fərqli hesab idarə edilə bilər. Lakin hər bir hesab fərqli telefon nömrəsi ilə qeydiyyatdan keçməlidir.
-
bishir ancaq qida, resept, yemək videoları, mətbəx sirləri və aşpazlıqla bağlı məzmunlar üçün nəzərdə tutulub. Aşağıdakılar paylaşım üçün uyğundur:
Hazırladığınız reseptlərin foto və yazılı izahı
Qısa yemək hazırlığı videoları
Mətbəx texnikaları, püf nöqtələri
Süfrə dekorasiyası, təqdimat stilləri və.s
-
Qidayla əlaqəsi olmayan şəkillər
Reklam və satış məqsədli şəxsi elanlar
Qeyri-etik, təhqiramiz və ya aldadıcı məzmun
Musiqi, film, oyun və digər sahələrə aid paylaşımlar
Şəxsi və gündəlik həyatla bağlı, yeməkdən kənar videolar və.s
-
Yalnız qida və mətbəxlə bağlı orijinal və keyfiyyətli məzmun paylaşın.
Paylaşdığınız şəkil və videolar özünüzə aid olmalıdır və ya müəllif razılığı ilə istifadə edilməlidir.
Başqasına məxsus yemək, video və ya şəkil paylaşdığınız halda, əsl sahibin adını açıq şəkildə qeyd etməyiniz mütləqdir.
-
Post daha sadə və sürətli paylaşım formatıdır. Postlar karusel formatında həm şəkil, həm də video ilə paylaşılır.
Reseptlər isə daha detallı məzmun üçün nəzərdə tutulub. Reseptdə karusel formatında ancaq şəkil və yazılı izah yer alır. Reseptdə video əlavə etmək mümkün deyil.
-
bishir Musiqi Kitabxanası, videolarınıza əlavə edə biləcəyiniz xüsusi musiqi kolleksiyasıdır və ancaq bu siyahıda olan mahnılardan istifadə etmək icazəlidir. Siyahıdan kənar musiqi ilə video paylaşıldıqda, video avtomatik olaraq səssizə alınacaq.
-
bishir-də paylaşdığınız hər paylaşım “Kəşf et” bölməsində görünə bilər. Bunun üçün paylaşımınız son 1 həftə ərzində ən az 1 etkileşim (bəyənmə, şərh, hədiyyə, yadda saxlanma və ya baxış) almalıdır. Əgər heç bir etkileşim olmayıbsa, paylaşım Kəşf etdə görünməyəcək. İnteraktivliyi yüksək olan paylaşımlar Kəşf etdə üstünlük qazanır.
-
Paylaşımınız yayımlandığı andan etibarən hədiyyə ala bilər. Hər bir istifadəçi resepti və ya paylaşımı bəyəndiyi halda sizə hədiyyə göndərə bilər. Hədiyyə almaq üçün hər hansı minimum paylaşım sayı tələb olunmur.
-
Hədiyyə göndərmək, bəyəndiyiniz bir paylaşımı dəstəkləmək və təşəkkür etmək üsuludur. İstifadəçi özünə hədiyyə göndərə bilməz. Hədiyyə ancaq qarşı tərəfə göndərilə bilər və göndərmək üçün bishir jetonu – bcorn istifadə olunur və bu hədiyyələr paylaşım sahibinə biamond qazandırır.
-
Bcorn – bishir tətbiqində istifadə olunan rəqəmsal valyutadır (jetondur). İstədiyiniz jeton paketini seçərək tətbiqdən satın ala bilərsiniz. Jetonlar ancaq hədiyyə göndərmək üçün istifadə olunur və birbaşa başqa istifadəçiyə ötürülə bilməz.
-
Paylaşımınız hədiyyə aldıqda sizə biamond yazılır. Göndərilən hər hədiyyə müəyyən biamond dəyərinə çevrilir və bu sizin şəxsi hesabınızda toplanır.
-
Biamond – bishir-də qazandığınız gəlirin ölçüsüdür. Bu xallar real pula çevrilə bilir. Topladığınız biamondlar müəyyən limitə çatdıqda onları pul kimi çıxarmaq mümkündür. Yəni paylaşımlarınız nə qədər maraqlı və dəyərli olsa, bir o qədər real qazanc əldə edirsiniz.
-
Tətbiq qaydalarına uyğun olmayan paylaşımlar (saxta, platformanın məqsədinə və ya etik olmayan məzmunlar və s.) admin tərəfindən silindiyi halda, həmin paylaşımdan qazanılmış bütün biamondlar avtomatik olaraq istifadəçinin ümumi balansından çıxılır.
Eyni qayda, əgər paylaşımı hər hansı səbəbdən istifadəçi özü silərsə, o zaman da həmin paylaşım vasitəsilə qazanılmış bütün biamondlar balansdan avtomatik silinir.
Bu, sistemin ədalətli işləməsi və yalnız real, aktiv paylaşımların təşviqi məqsədi ilə həyata keçirilir.
-
Biamondlarınız müəyyən minimum həddə çatdıqda (minimum 10 USD – məbləğ ölkənizin valyutasına uyğun olaraq avtomatik konvertasiya edilir), sistemdə göstərilən üsulla çıxarıla bilər. Ödəniş üsulları və limitlər profilinizin “Hesab” bölməsində göstərilir.
-
bishir tətbiqində istifadə qaydaları mövcuddur və bu qaydalar platformanın sağlam, təhlükəsiz və ədalətli şəkildə işləməsini təmin etmək üçün hazırlanıb. Bu qaydalar bishir tətbiqinin “İstifadəçi razılaşması” bölmələrində açıq şəkildə qeyd olunub. Qaydaların pozulması halında paylaşımınız silinə, hesabınız müvəqqəti və ya daimi bloklana bilər.
-
bishir tərəfindən təqdim edilən bonus, referans və hədiyyə jetonları istifadəçilərin bir-birinə dəstək olması və platformada real sosial aktivliyin formalaşması məqsədilə verilir.bishir tərəfindən verilən hədiyyə jetonları istifadəçilər istədikləri paylaşım sahiblərinə dəstək və təşəkkür məqsədilə göndərə bilər.Lakin real olmayan paylaşımlar, süni aktivlik, yalnız jeton toplamaq məqsədi ilə yaradılmış profillər və jetonların davamlı şəkildə sui-istifadə məqsədilə eyni hesaba yönləndirilməsi platforma qaydalarının pozulması hesab olunur.Bu kimi qayda pozuntuları aşkarlanarsa, ödənişlər sistem tərəfindən təsdiqlənməyəcək və qaydalara zidd paylaşımlar platformadan silinə bilər.
Bizimlə Əlaqə
Hər hansı sualınız varsa, bizimlə əlaqə qurmaqdan çəkinməyin.